FIFA gənclər arasında 2023-cü il dünya çempionatına ev sahibliyi hüququnu İndoneziyadan alıb.
"Unikal" xəbər verir ki, buna Bali adasının qubernatoru Vayan Kosterin İsrail yığmasını mundiala buraxmamaqla bağlı çağırışı səbəb olub. Bundan sonra final mərhələsinin püşkatma mərasimi ləğv edilib.
FIFA yeni ev sahibi ölkənin adını daha sonra açıqlayacaq. Turnirin keçirilmə tarixləri hələlik dəyişməz olaraq qalır. İndoneziya Futbol Assosiasiyasına qarşı mümkün sanksiyalar sonrakı mərhələdə müəyyənləşdiriləcək.
Qeyd edək ki, dünya çempionatı mayın 20-dən iyunun 11-dək təşkil olunmalıdır.