"Hazırda bəzi dövlətlərin, o cümlədən İran rejiminin Azərbaycanda dindən siyasi məqsədlər və insanlar arasında qarşıdurma yaratmaq məqsədilə istifadəyə, dindarlar arasında radikal fikirlərin yayılmasına çalışması açıq hiss olunur".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, həmin qüvvələr dindar insanları siyasi proseslərə və münaqişələrə cəlb edərək onlardan hakimiyyətə qarşı istifadə etməyə, dini məsələləri siyasiləşdirməyə çalışırlar: “Öz növbəsində Azərbaycanın müvafiq dövlət qurumları ölkəmizdə dini durumun sabitliyinin qorunması, dini dözümlülük ənənələrinin qorunub saxalanılması və radikallıq meyllərinin qarşısının alınması istiqamətində ardıcıl tədbirlər həyata keçirir”.
Anar Kəlbiyev