Azərbaycanın qadın paraolimpiyaçısı Sona Ağayeva Xorvatiyada gümüş medal qazanıb.

"Unikal" xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Bildirilib ki, o, "Zagreb 2023 World Boccia Challenger" turnirində fəxri kürsünün ikinci pilləsinə qalxıb.

Qeyd edək ki, yarış “Paris-2024” Yay Paralimpiya Oyunlarında iştirak üçün reytinq xalları qazandırır.