Gəncədə yolu keçən iki piyadanı avtomobil vurub.

"Unikal"ın məlumatına görə, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan maşın yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı iki kişini vurub. Onlar xəstəxanaya yerləşdirilib.

Tural Əhmədov