ABŞ Silahlı Qüvvələrinə məxsus ER-3E kəşfiyyat təyyarəsi bazar günü İranın hava sərhədləri yaxınlığında görünüb.
"Unikal" xəbər verir ki, məlumata görə, hadisə Oman körfəzi üzərində baş verib.
Təyyarə qeydə alındıqdan sonra İran Hərbi Dəniz Qüvvələri tam hazırlıq vəziyyətinə gətirilib. Təyyarənin ekipajına isə xəbərdarlıq göndərilib.
Qeyd edək ki, kəşfiyyat təyyarəsi “Lockheed Martin” şirkəti tərəfindən istehsal edilib və ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən idarə olunur.
“Flightradar24” xidmətinin məlumatına görə, təyyarə Oman körfəzi üzərində səmada İran sərhədi boyunca uçuşunu davam etdirir.