Alman silah istehsalçısı “Rheinmetall” Rumıniyanın Satu Mare şəhərində Ukraynaya tədarük edilən silahlara xidmət göstərmək üçün texniki xidmət və logistika mərkəzi tikir.

"Unikal" xəbər verir ki, bu barədə “Rheinmetall” bəyanat yayıb.

Ukrayna ilə sərhədə yaxın ərazidə yerləşən mərkəz özüyeriyən haubitsalara, “Leopard 2” və “Challenger” tanklarına, “Maroder” piyada döyüş maşınlarına, “Fuchs” zirehli nəqliyyat maşınlarına və hərbi yük avtomobillərinə xidmət göstərəcək.