"Bəzi Fransa siyasətçiləri açıq qeyd edirlər ki, Emmanuel Makron artıq özünü fransızların deyil, ermənilərin prezidenti kimi aparır".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.
O bildirib ki, əgər Fransanın ikinci erməni dövləti qurmaq niyyəti varsa, bunu Marsel şəhərində edə bilər:
"Bu gün ermənilər Marsel şəhərinə də iddia edirlər. Şərait yaratsınlar, orada ermənilər ikinci erməni dövləti qursunlar".
Anar Kəlbiyev