Milli Məclisin bu gün keçirilən iclasında Fransanın Azərbaycana qarşı qərəzli münasibəti ilə bağlı bəyanat qəbul edilib.
"Uniakl" xəbər verir ki, bəyanatın mətninin hazırlanması üçün komissiya yaradılıb. Bəyanatın mətnini komissiyanın üzvü, deputat Sevil Mikayılova oxuyub.
Bəyanatda Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi pislənib. Qeyd edilib ki, Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına, sülh müqaviləsinin imzalanmasına zərbə vurur.