Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu yenidən təşkil olunacaq.

"Unikal" xəbər verir ki, bunula bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Prokurorluq haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yeni təşkil olunması nəzərdə tutulur.

Dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur qruluşunun təkmilləşdirilməsinə səbəb olacaq.

Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Anar Kəlbiyev