"Iran Air"in törəmə şirkəti olan "Iran Air Cargo" İrəvanın "Zvartnots" hava limanından Moskvaya uçuşlar həyata keçirib.
"Unikal"ın Ukrayna mətbuatına istinadən verdiyi xəbərə görə, Ukraynanı hədəf alan İran PUA-larını Rusiyaya məhz Ermənistan daşıyır.
"Mütəmadi olaraq Ukraynanın enerji infrastrukturu obyektlərinə hücum edən pilotsuz təyyarələr Ermənistanla əməkdaşlıq sayəsində İrandan Rusiyaya gətirilir. Bunun sayəsində İran Rusiyaya qarşı sanksiyalardan yan keçir", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, ABŞ 2022-ci ilin yayı da daxil olmaqla, Ermənistana İran və Rusiya ilə yaxın münasibətlərlə bağlı xəbərdarlıq edib.
Ermənistan təkcə Rusiyaya sanksiyalar və Ukraynaya qarşı təcavüz altında olan malların tədarükü üçün hərbi-texniki təchizat bazası rolunu oynamır, həm də Rusiya-İran alyansına hərbi-logistik dəstək verir.
Artıq bir çox Amerika şirkətləri Ermənistana çiplərin tədarükündən imtina edirlər, çünki onlar başa düşürlər ki, onlar sonradan Rusiyada peyda olacaqlar.
Ağarza Elçinoğlu