"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov aprelin 6-da saat 10:00-da Balakən şəhərində Balakən və Zaqatala rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Balakən şəhəri, Atatürk prospekti 2A ünvanında yerləşən Balakən Elektrik Şəbəkəsinin inzibati binasında keçiriləcək.
"Unikal" xəbər verir ki, qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.
Qəbulda iştirak etmək istəyən şəxslər Balakən Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə [email protected] elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.