Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
"Unikal" xəbər verir ki, bu barədə “MOUZE” “Telegram” kanalı məlumat yayıb. Bildirilib ki, İranın molla rejiminə xidmət edən daha bir nəfər saxlanılıb.
Saxlanılan şəxs Bakı şəhər sakini Saleh Əli oğlu Həmzəyevdir. Onun nədə ittiham olunduğu hələlik məlum deyil.
Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanlarının İranın casus şəbəkəsinə qarşı keçirdiyi son üç əməliyyatda 18 nəfər saxlanılıb.