Ukrayna Silahlı Qüvvələrinin Azov hücumu planının hazırlanmasında Britaniya və ABŞ-dan olan kuratorlar iştirak edib.
"Unikal" xəbər verir ki, bunu “Biz Rusiya iləyik” hərəkatının sədri Vladimir Roqov yerli KİV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, ukraynalı hərbi komandirlər bu müharibədə ancaq piyondur.
"Zaporojya bölgəsində Azov hücumu planı NATO-nun ABŞ və Britaniyadakı hərbçiləri tərəfindən hazırlanıb”, - Roqov vurğulayıb.
Buna baxmayaraq, Roqov xatırladıb ki, Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin planlarından və hazırlıqlarından hər zaman xəbərdardır.
Gülayə Mecid