Mingəçevirdə Kür çayında iki katerin toqquşması nəticəsində xəsarət alanların vəziyyəti məlum olub.

TƏBİB-dən "Unikal"a bildirilib ki, bu gün saat 16:00 radələrində Kür çayında baş verən 2 qayığın toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 6 nəfər (5-i kişi, 1-i qadın cinsli olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlardan 1983-cü il təvəllüdlü şəxsə (kişi cinsli) bud boyununun sınığı diaqnozu təyin edilib. Zəruri tibbi  yardım göstərilən pasiyentin vəziyyəti stabildir olaraq qiymətləndirilir.

Digər 5 nəfər şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

***

Kür çayında qayıqlar toqquşub.

"Unikal"ın məlumatına görə, hadisə Mingəçevirdə Kür çayının sahilində gəzinti qayıqları zolağında baş verib. Kiçik qayığın nisbətən iri tutumu qayığa çırpılması nəticəsində ikisi azyaşlı olmaqla 8 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov