Oğuz rayonunda xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, hadisə Oğuz şəhərinin Hacı Zeynalabdin Tağıyev və Cavanşir küçələrinin kəsişməsində baş verib.
Belə ki, Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü Türkanə Mehman qızı Kosayevanın idarə etdiyi "Chevrolet Cruze" markalı avtomobil, 1989-cu il təvəllüdlü Tərlan Qnyaz oğlu Allahverdiyevin idarə etdiyi "VAZ-2107" markalı maşınla toqquşub. Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli