Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovun növbəti səyyar qəbulu Qaradağ rayon Müşfiqabad qəsəbəsi ərazisində keçmiş məcburi köçkünlər üçün inşa olunmuş yaşayış kompleksində fəaliyyət göstərən Ağdam rayon 33 nömrəli tam orta məktəbində keçirilib. 
"Unikal" xəbər verir ki, RİH-nin məsul işçiləri, RİHB-nın inzibati ərazi darəsi üzrə nümayəndələri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak edib.
Qəbul zamanı 22 məsələ qaldırılıb ki, onlardan 10-i yerində həll olunub, 8-sı baxılması üçün nəzarətə götürülüb, 4 məsələ ilə bağlı isə vətəndaşlara müvafiq izahat verilib. Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, qaldırdıqları məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib.
Sonda görüş iştirakçıları Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun düşməni məhv edib torpaqlarımızı azad etməsinə, keçmiş məcburi köçkünlər üçün görülən bütün işlərə, onların mənzil-məişət şəraitinin, sosial rifahının yaxşılaşdırılmasında, eləcə də göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər. 
Səyyar qəbuldan razı qaldıqlarını bildirən sakinlər həmçinin, məcburi köçkün həyatı yaşadıqları dövrdə problemlərinin həllində köməklik göstərən, onlara yaxından dəstək olan, eyni zamanda göstərdiyi diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova təşəkkür ediblər.