Tunis sahillərində dənizi keçməyə çalışan 23 afrikalı miqrant itkin düşüb.

"Unikal" xəbər verir ki, Aralıq dənizindən İtaliyaya keçmək istəyən iki qayığın batması nəticəsində 4 nəfər ölüb.

Batan qayıqdan 53 nəfərin xilas edildiyi bildirilir, onlardan ikisinin vəziyyəti ağırdır.

Qeyd olunub ki, bu ilin ilk üç ayında 14 mindən çox qanunsuz miqrant Avropaya keçmək istəyərkən tutulub.