Qazaxıstan 2024-cü ilin sonuna qədər bəzi növ neft məhsullarının Avrasiya İqtisadi İttifaqından (Aİİ) kənara respublika ərazisindən ixracına qadağa qoyub.

"Unikal" xəbər verir ki, sənəddə deyilir: “2024-cü il dekabrın 31-dək bəzi növ neft məhsullarının Qazaxıstan Respublikasının ərazisindən Avrasiya İqtisadi İttifaqının gömrük ərazisindən kənara çıxarılmasına qadağa qoyulsun”.

İxracına qadağa qoyulmuş və ya məhdudlaşdırılan neft məhsullarının siyahısına yüngül distillələr, təyyarə yanacağı və dizel yanacağı, qazoylları, toluol, ksilenlər və neft bitumları daxildir.

Respublika Energetika Nazirliyinin aprelin əvvəlində verdiyi məlumata görə, Qazaxıstan dünyada ən ucuz yanacaq və sürtkü materiallarına malik on ölkə sırasındadır. Belə ki, Rusiyada dizel yanacağının qiyməti Qazaxıstandan 45%, Qırğızıstanda 64%, Özbəkistanda iki dəfə bahadır. Bununla əlaqədar, Qazaxıstan daha çox xərc tələb edən qonşu ölkələrin bazarlarına yanacaq axını fonunda yanacaq və sürtkü materialları çatışmazlığının qarşısını almaq üçün aprelin ortalarından benzin və dizel yanacağının marjinal qiymətlərini artırmağı planlaşdırır.