Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin verdiyi məlumata görə , Səudiyyə Ərəbistanı və Türkiyə xarici işlər nazirlikləri arasında uzun illər ərzində siyasi məsləhətləşmələrin ilk raundu Ər-Riyadda baş tutub.

"Unikal" xəbər verir ki, Türkiyənin Səudiyyə Ərəbistanı, Yəmən və Küveytlə siyasi məsləhətləşmələr aparacağı bildirildi . Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar Krallığın xarici işlər nazirinin müavini Valid Əl-Khereycinin dəvəti ilə aprelin 10-da Ər-Riyada səfər edib.

“Tərəflər müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edərək iki ölkə hökumətləri arasında siyasi məsləhətləşmələrin birinci raundunu keçiriblər. Onlar həmçinin səylərin artırılması və ikitərəfli koordinasiya məsələlərini müzakirə ediblər.

Mövcud beynəlxalq vəziyyət, regional və beynəlxalq arenada əsas çağırışlar və böhranlar müzakirə edilib. Həmçinin agentliyin qeyd etdiyi kimi, “görüş zamanı müxtəlif sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi yolları müzakirə edilib”.

Görüşlər Ankaranın 2017-ci ildə Körfəz böhranı ilə yadda qalan və 2017-ci ildən ABŞ-da yaşayan və səudiyyəli jurnalist Camal Qaşıqçının 2018-ci ildə öldürülməsindən sonra artan gərginlikdən sonra regional güclərlə münasibətləri düzəltmək səylərinin  bir hissəsidir . Camal Qaşıqçı “The Washington Post”da işləyirdi.Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda öldürülüb. MKİ sui-qəsdin arxasında vəliəhd şahzadə Məhəmməd bin Salmanın olduğunu iddia edib.