ABŞ-də COVID-19 pandemiyası səbəbilə tətbiq olunan fövqəladə vəziyyət rejimi ləğv edilib.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden fərman imzalayıb.
Ağ Evin saytında yerləşdirilmiş məlumatda qeyd edilib ki, COVID-19 pandemiyası nəticəsində qüvvəyə minən fövqəladə vəziyyət rejimi başa çatıb.
Qeyd edək ki, tətbiq olunan fövqəladə vəziyyət rejimi üç ildir ki, qüvvədə idi.
Ağarza Elçinoğlu