Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Samir Əhməd oğlu Seyidəhmədli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini təyin edilib.

"Unikal"ın məlumatın görə, Samir Seyidəhmədli yeni vəzifəyə təyin olunanadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisinin I müavini idi. 

Qeyd edək ki, S.Seyidəhmədli iş karyerasına DVX-da (əvvəlki Vergilər Nazirliyi) 2005-ci ildən başlayıb.