Ermənistan silahlı qüvvələrinin ötən gün törətdikləri təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Vidadi Nizami oğlu Zalov dəfn edilib. 

"Unikal" xəbər verir ki, şəhidin cənazəsi Saray qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

*** 11:12

Ötən gün Ermənistanın törətdiyi təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun giziri Vidadi Zalovla vida mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, V.Zalov Saray qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunacaq.

Müxbir: Murad İbrahimli

Foto: Ayxan Məlikov