Türkiyədə Kocaeli şosesində sürücünün idarəsindən çıxan xidmət mikroavtobusunun aşması nəticəsində baş verən qəzada 13 nəfər xəsarət alıb.
"Unikal" CNN Türk-ə istinadən xəbər verir ki, sərnişinlərin bayram üçün Ordudan İstanbula gedirmiş.
Qəza səhər saat 06:00 radələrində TEM şosesi Kocaeli keçidində Maşukiye mövqeyində baş verib.
Əldə edilən məlumata görə, Ordudan İstanbula gedən G.H. Şirkət rəhbərliyindəki 54 AHG 365 nömrəli Volkswagen markalı xidmət mikroavtobusu TEM şosesi Kartepe keçidində yuvarlanıb.
Təxminən 50 metr sürüklənən mikroavtobus yol kənarındakı ağaca çırpılaraq dayana bilib. Qəza nəticəsində sərnişinlər avtomobildə sıxılmış vəziyyətdə qalıblar. 112 Təcili Zəng Mərkəzinə edilən bildiriş üzərinə hadisə yerinə Kocaeli və Sakaryadan xeyli sayda xilasetmə, sağlamlıq və yol qrupları göndərilib.
Qısa müddətdə hadisə yerinə gələn yanğınsöndürənlər sıxışan sərnişinlərin çıxarılması üçün işlərə başlayıb. Sərnişinlər qrupların müdaxiləsi ilə xilas edilərək sağlamlıq qruplarına təhvil verilib. Hadisə yerinə gələn sağlamlıq qruplarının ilk müdaxiləsinin ardından 13 yaralı xəstəxanaya qaldırılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.