Ukraynada gedən döyüşlər zamanı Rusiya Federasiyası Kommunist Partiyasının Xakasiyadan olan deputatı Dmitri İvanov həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
"Fevral ayında Dmitri İvanov könüllü olaraq xüsusi əməliyyat zonasına gedib, Vaqner PMC-də xidmət edirdi. O, xidməti borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olub. Onun beş övladı olub", - KİV-də qeyd olunub.
Gülayə Mecid