Bakının Xəzər rayonunda iki evdə yanğın olub.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, ümumi sahəsi 120 m² olan, tikintisi başa çatmayan ikimərtəbəli evin 1-ci mərtəbəsinin yanar konstruksiyaları 60 m² sahədə, 2-ci mərtəbəsinin tavanı və ondulindən ibarət dam örtüyü 60 m² sahədə və yaxınlıqda, ümumi sahəsi 90 m² olan, birmərtəbəli evin ondulindən ibarət dam örtüyü 3 m² sahədə yanıb. Birmərtəbəli evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.