Zaqatalada biri azyaşlı olmaqla iki nəfəri it dişləyib.
"Unikal" xəbər verir ki, hadisə bu gün rayonun Yuxarı Tala kəndində baş verib.Beləki,həmin kənd  sakini 2016-cı il təvəllüdlü  Əhmədzadə Əhməd Seyran oğlu sağ budun,  Makov kənd sakini 1985-ci il təvəllüdlü Dilbər Ramazan qızı Əliyeva isə bədənin sağrı hissəsinin it dişləməsi xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər. Hər iki şəxsə Zaqatala RMX-da lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.

Seymur Əli