Bu ilin birinci rübündə 4 min 516 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

"Unikal" xəbər verir ki, idxal edilən kərə yağı və süddən hazırlanmış digər yağların dəyəri 25,6 milyon dollar olub.

Xatırladaq ki, ötən ilin müvafiq dövründə dəyəri 26,9 milyon dollar olmaqla 4 min 967 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.