Mayın 6-da Böyük Britaniya kralı III Çarlzın tacqoyma mərasimi zamanı paytaxt Londonun küçələrində təhlükəsizliyi təmin etmək üçün 29 mindən çox polis əməkdaşı səfərbər olacaq.
"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Bildirilir ki, xüsusilə tacqoyma günü Londonun küçələrində 11 mindən çox polis patrul edəcək. Bundan əlavə, polis itləri, odlu silahlar bölməsi, dəniz dəstəyi bölməsi və xüsusi polis qüvvələrinin əməkdaşları hər hansı bir hadisə və ya cinayətə cavab vermək üçün iştirak edəcəklər.