Ucarın Bağman kəndi yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, "Ford" markalı yük avtomobili yolu keçən piyada, 20 yaşlı Şamil Vüqar oğlu Əliyevi vurub.
Ağır xəsarət alan Ş.Əliyev hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.