Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsi Xerson vilayətində Rusiya Ordusu tərəfindən vurulub.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.
Məlumata görə, Su-25 təyyarəsi Xerson vilayətinin Çervoni Mayak qəsəbəsi ərazisində hava hücumundan müdafiə vasitəsi ilə vurulub.
"Həmçinin, bir sutka ərzində Xerson istiqamətində 20-yə qədər ukraynalı hərbçi həlak olub və Amerikanın M777 artilleriya sistemi məhv edilib", - deyə MN qeyd edib.
Ağarza Elçinoğlu