"Mayın 18-dək tərəflər razılığa gəlməsə, taxıl müqaviləsi ləğv ediləcək"
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin bildirib.
O, qeyd edib mayın 18-dək danışıqlarda iştirak edən tərəflər razılığa gələ bilməsələr, Qara dəniz təşəbbüsü və ona daxil olan taxıl sazişi öz fəaliyyətini dayandıracaq.
Onun sözlərinə görə, birtərəfli fayda gətirən təşəbbüsü bütün tərəflər çətin ki, tanısın və təsdiq etsin.
Eyni zamanda, Rusiya Federasiyası xarici işlər nazirinin müavini əlavə edib ki, bu məsələ ilə bağlı iş və təmaslar davam edir, lakin Rusiya tərəfi ölkənin maraqlarına zidd hərəkət etmək fikrində deyil.