2023-cü ilin yanvar-mart aylarında Azərbaycanda 370 yol qəzası baş verib, 173 nəfər ölüb, 326 nəfər yaralanıb.
Bu barədə "Unikal"a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilib ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,2 az yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,3 faiz azalaraq 499 nəfər olub. Onlardan 173-ü həlak olub, 326-sı isə yaralanıb.
Hadisələrin 46,8 faizi gündüz, 31,9 faizi gecə, 21,3 faizi isə toran vaxtı baş verib 26,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 89,5 faizi yaşayış məntəqələrində baş verib. Bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 2,3 faiz artaraq 132 nəfər, yaralananların sayı isə 5,7 faiz azalaraq 316 nəfər olub.