Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, rayon sakini Emil Məlikov idarə etdiyi “VAZ-2170” ( Priora) markalı avtomobil ilə yol hərəkəti qaydalarını kobud və davamlı şəkildə pozaraq avtoxuliqanlıq edib, digər hərəkət iştirakçıları üçün də təhlükə yaradıb.
Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən tərtib olunmuş protokol baxılması üçün aidiyyatı üzrə rayon məhkəməsinə göndərilib.
Məhkəmənin də qərarı ilə Emil Məlikovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla o, 20 sutka inzibati həbs olunub.