ABŞ dövlət katibi Entoni Blinkenin birinci müavini Vendi Şermanın yayda vəzifəsini tərk edəcəyi gözlənilir.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Şermanın gedişindən sonra dövlət katibinin birinci müavini vəzifəsini kimin tutacağı məlum deyil. ABŞ Konqresinin Senatı Şermanın 2021-ci ildə ABŞ Dövlət Departamenti rəhbərinin birinci müavini vəzifəsinə namizədliyini təsdiqləyib. O, bu vəzifəyə təyin olunan ilk qadındır.