Türkiyədə prezidentliyə namizəd Məmləkət Partiyasının sədri Məhərrəm İncənin namizədliyini geri götürməsi ilə bağlı ərizəsi Ali Seçki Şurasına (YSK) təqdim edilib.
"Unikal" xəbər verir ki, bu barədə İncənin müavini Yavuz Kayhan Yüreğir bildirib.
Onun sözlərinə görə, mayın 14-ü bazar günü keçiriləcək seçkilərdə prezidentliyə namizədliyin geri götürməsi ilə bağlı ərizə və digər lazımi sənədlər bu gün YSK-ya təqdim olunub.
"Bundan sonra Ali Seçki Şurası və seçicilərimiz qiymət verəcəklər", - deyə məlumatda bildirilib.
Ağarza Elçinoğlu