Basarkeçər rayonunun Zod kəndi ərazisindəki qızıl mədəninin istismarı 1 aydan sonra dayandırılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan parlamentin İqtisadi məsələlər üzrə daimi komissiyasının növbədənkənar iclasında bildirib.
Onun sözlərinə görə, artıq ehtiyatlar tükənmək üzrədir: "Təşkilat keçən payızda işi dayandırmaq niyyətində idi, lakin biz danışıqlar apardıq və işçilərin bu ilin yayına qədər saxlanmasını, bundan sonra ixtisarların başlamasını tələb etdik. Zod qızıl mədənində işlər yalnız qapalı şəkildə davam etdiriləcək".
Ağarza Elçinoğlu