Gəndob-Yalama yolunda yol nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə magistralın Ağalıq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" və "Vaz 21014" markalı avtomobillər toqquşub. Qəza nəticəsində iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.