Türkiyə dövləti Ermənistan-Azərbaycan məsələsi, Rusiya-Ukrayna müharibəsi, Liviya və Suriya münaqişəsi kimi məsələlərdə tez və qəti qərar vermək məcburiyyətindədir.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay “HaberTürk” kanalına müsahibəsində bildirib.
O qeyd edib ki, bu baxımından ölkədə mövcud olan Prezident idarəetmə sistemi ən effektividir, müxalifət liderinin seçkiləri qazanacağı halda ortaqlarına vəd etdiyi vitse-prezidentlik vəzifələri isə dövlət idarəetmə sistemində maneələr yaradacaq.
Oktay əlavə edib ki, hazırki sistemdə son qərarı ölkə başçısı versə də, bütün proseslər müzakirə əsasında həyata keçirilir.