Gələn həftə Qarabağda nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli işçi qrupunun iclası keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistandan olan həmkarları Ceyhun Bayramov və Ararat Mirzoyan ilə danışıqların yekunlarına dair məlumatında bildirib.
"Gələn həftə baş nazirin müavinlərinin başçılıq etdiyi üçtərəfli qrup nəqliyyat kommunikasiyalarının açılması məsələləri üzrə görüş keçirəcək. Ümid edirik ki, müsbət nəticə əldə olunacaq. Tərəflər artıq yekun razılaşmaya yaxındırlar", - deyə XİN rəhbəri qeyd edib.
Lavrov həmçinin deyib ki, yaxın vaxtlarda Rusiyanın məşvərətçi iştirakı ilə sərhədin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın iclasının keçirilməsi razılaşdırılıb.
Ağarza Elçinoğlu