Avropa Komissiyasının Prezidenti Urusula fon der Layen bəyan edib ki, Avropa İttifaqı Çinlə bağlı siyasətini sərtləşdirməlidir.
"Unikal" xəbər verir ki, o bu barədə Almaniya telekanallarından birinə verdiyi müsahibədə deyib.
Siyasətçi bildirib ki, Çinə qarşı siyasətdə bütün Avropa ölkələrin rəyi yekdildir.
“Fakt budur ki, Çin çox dəyişib və buna görə də biz Pekinə qarşı siyasətimizi sərtləşdirməliyik”, - siyasətçi vurğulayıb.