Ukrayna Prezident Ofisi ölkə başçısı Volodimir Zelenskinin guya Baxmutun rusiyalılar tərəfindən ələ keçirildiyinin təsdiqlədiyinə dair mətbuatda yayılan məlumatı təkzib edib.

“Unikal” xəbər verir ki, bu barədə Prezident Ofisinin mətbuat katibi Sergiy Nikoforov feysbukda yazıb.

Mətbuat katibi Zelenskiyə ünvanlanan sualın fərqli olduğuna işarə edib:

“– Rusiyalılar bildiribər ki, Baxmutu alıblar.

Prezidentin cavabı:

– Fikrimcə, yox.

Beləliklə, Prezident Baxmutun alındığını təkzib edib”.

Həmin sualın verildiyi anın görüntüləri də KİV-də yayılıb.

“Cənab Prezident, Baxmut hələ də Ukraynanın əlindədir? Rusiyalılar bildiriblər ki, Baxmutu alıblar”, - jurnalist bildirib.

Zelenski isə “Fikrimcə, yox” deyə cavab verib.

xxx

11:19

Ukrayna Prezidenti Volodimir Zelenski qızğın döyüşlərin getdiyi Baxmut şəhərinin ələ keçirildiyini etiraf edib.

"Unikal" xəbər verir ki, bu barədə dövlət başçısı Yeddilik Qrupunun (“G7”) sammitində jurnalistlərin Baxmutun Kiyevin nəzarətində qalıb-qalmadığı barədə sualını cavablandırarkən bildirib.

“Düşünürəm ki, yox. Bu gün Baxmut ancaq bizim qəlbimizdədir”, - o, ABŞ Prezidenti Cozef Baydenlə görüşdən öncə açıqlayıb.

Xatırladaq ki, ötən gün Yevgeni Priqojının başçılıq etdiyi "Vaqner" özəl hərbi şirkəti, daha sonra isə Rusiya Müdafiə Nazirliyi Ukraynanın Baxmut şəhərini ələ keçirdiyini açıqlamışdı.