"ABŞ Ukraynanın Krıma endirdiyi zərbələrə etirazını bildirmir"

"Unikal" xəbər verir ki, ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bu barədə CNN telekanalında məlumat verib. Vaşinqton yarımadanı Rusiya ərazisi hesab etmir.

“Biz Ukraynanın Rusiyaya zərbə vurmaq üçün Amerika və Qərb silahlarından istifadə etməsinə icazə verməyəcəyimizi söylədik. Biz isə inanırıq ki, Krım Ukraynadır”.

Bundan əvvəl prezident Co Bayden demişdi ki, ABŞ heç vaxt Moskvanın yarımada üzərində suverenliyini tanımayacaq. Vladimir Putin dəfələrlə qeyd edib ki, Krımın ərazi mənsubiyyəti məsələsi bağlanıb.