Son vaxtlar narkotiklə bağlı zorakılıq hallarının artdığı Fransanın cənubundakı Marsel şəhərində üç kişi avtomobildə güllələnib.
"Unikal" xəbər verir ki, gecə klubundan çıxan 5 nəfər Kalaşnikov avtomatından atəşə tutulub.
Naməlum şəxslər də hadisə yerindən qaçıblar.
Polis hadisəni narkotik alveri ilə əlaqələndirib. AFP xəbər agentliyinin məlumatına görə, bu il Marseldə narkotiklə bağlı qətllərin sayı 21-ə çatıb.