Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsinin rəisi, general-mayor Kirilo Budanov Rusiya hərbçilərini təslim olmağa çağırıb.
"Unikal" xəbər verir ki, o, bu barədə "Telegram"da məlumat yayıb.
"Bu, daha da pis olacaq. Seçiminiz var - ölmək və ya həyatını xilas etmək", - Budanov vurğulayıb.
Həmçinin, Budanov vurğulayıb ki, Ukrayna ruslara Kreml rəhbərlərinin sərsəm ambisiyalarının mənasız qurbanı olmamaq və evlərinə sağ-salamat qayıtmaq şansı verir.
Gülayə Mecid