İtaliyanın baş naziri Giorgia Meloni daşqın baş vermiş Emiliya-Romanya bölgəsinə səfər edib. 

"Unikal" xarici KİV-ə istinadla xəbər verir ki, ötən həftə yağan güclü yağışlar nəticəsində 14 nəfərin öldüyü bölgədə sel sularının içindən keçərək daşqından əziyyət çəkənləri ziyarət edib.

Yerli əhalinin ehtiyaclarını dinləyən Meloni daşqın bölgəsində araşdırmalar aparıb və səlahiyyətlilərdən məlumat alıb.

Bölgədən indiyədək 36 min insan təxliyə edilib. 

Ağarza Elçinoğlu