Polşa SSRİ-nin respublikaya vurduğu zərər haqqında hesabat hazırlamağa başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Arkadiuş Mulyarçik məlumat verib.
“Biz bunun üzərində işləyirik və belə bir sənəd yaradılacaq”, - deyə o qeyd edib.
Sovet İttifaqının vurduğu zərərə görə Rusiyadan təzminat almaq niyyəti barədə Polşa Xarici İşlər Nazirliyi hələ ötən ilin oktyabrında bildirmişdi.
Eyni zamanda Varşava İkinci Dünya müharibəsi zamanı ölkəyə dəymiş ziyana görə Almaniyadan təzminat tələb edir və 6,2 trilyon zlotı (təxminən 1,3-1,5 trilyon dollar) ödənilməsini tələb edir.
Berlin isə öz növbəsində bəyan edib ki, Polşaya təzminatların ödənilməsi məsələsini bağlanmış hesab edirlər.