Böyük Britaniyanın baş naziri G7 sammitində deyib ki, Ukraynada müharibəyə son qoyulması üçün ölkənin ərazi bütövlüyü tanınmalıdır.
"Unikal" xəbər verir ki, Rişi Sunak Ukraynada atəşkəsin kifayət etməyəcəyini, çünki müharibənin hər hansı bir sonunum ölkənin ərazi bütövlüyünü tanımalı və ədalətli və davamlı sülh planını ehtiva etməli olduğunu deyib.
Baş nazir Yaponiyada keçirilən G7 sammitinin son sessiyasında Ukraynada sülh haqqında söhbət ilə bağlı müzakirələr aparıldığını, daha neytral ölkələr olan Hindistan və Braziliyanın da müzakirələrdə iştirak etdiyini söyləyib.
Baş nazir G7 liderlərinin Ukraynada sülh prinsiplərinin nəyə əsaslanmalı olduğunu çox açıq şəkildə ifadə etmək mövzusunda birləşdiklərini söyləyib: “Heç kim sülhü prezident Zelenskidən və Ukrayna xalqından daha çox istəmir, lakin ədalətli və davamlı sülh ərazi suverenliyinə hörmət haqqında BMT nizamnaməsinə əsaslanmalıdır”.