Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu Yorkda “Türk Evi”nə edilən hücuma reaksiya verib.
"Unikal" xəbər verir ki, o, Respublikanın Manhettendəki Baş Konsulluğuna hücum edən şəxsi terrorçu adlandırıb. Ərdoğan ABŞ hakimiyyətini təcili olaraq hücumçunu tapmağa çağırıb.
“Bir kişi Türk evinin pəncərəsini sındırıb. Amerika hakimiyyətinə, təhlükəsizlik qüvvələrinə deməyəcəyikmi ki, onlar bu terrorçunu təcili tapmalıdırlar? Onlar tələb olunanı etməlidirlər. Türkiyədə belə bir hadisəyə özləri necə baxardılar?” - Türkiyə lideri İstanbulda çıxışı zamanı deyib. Yayım yerli telekanallar tərəfindən həyata keçirilib.
Hadisə bu gün səhər saatlarında baş verib. Türk Evinin və Türkiyə konsulluğunun yerləşdiyi binaya yaxınlaşan naməlum şəxs pəncərələri sındıraraq gözdən itib. Hücum edənin motivləri polisə məlum deyil.