Türkiyədə prezident seçkilərinə namizəd olan Məhərrəm İncə xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, bu barədə Türk siyasətçi sosial şəbəkədə məlumat verib.
O, xəstəliyinin səbəbini açıqlamayıb: "Günümü xəstəxanada siyasətdən kənar bir gündəmlə keçirdim. Haqqımda şayiələr yayıldığını eşitmişəm. Hamısı qeyri-realdır. Zəng edib xoş arzularını çatdıran bütün dostlarıma təşəkkür edirəm", - deyə İncə qeyd edib.
Onu da deyək ki, Məhərrəm İncə seçkilərə 3 gün qalmış namizədlihini geri çəkdiyini açıqlamışdı.
Ağarza Elçinoğlu