Peru Konqresinin Beynəlxalq Əlaqələr Komissiyası Meksika prezidenti Andres Manuel Lopez Obradoru “persona non qrata” (arzuolunmaz şəxs) elan edilməsi ilə bağlı qərar qəbul edib.
"Unikal" xəbər verir ki, bu barədə konqresin tviter səhifəsində məlumat paylaşılıb.
Bildirilir ki, buna səbəb Obradorun Cənubi Amerika respublikasının hakimiyyətini tənqid etməsi olub.
11 lehinə səslə Beynəlxalq Əlaqələr Komissiyası Meksika prezidenti Andres Manuel Lopez Obradorun bəyanatlarını pisləyən və onu “persona non qrata” elan edən qətnaməni təsdiqləyib.